Hadisə

Burun əməliyyatında ölən qız bu il ali məktəbə giribmiş - VİDEO - FOTO

23 Avqust 2016 15:09
30 Şərh     Baxış: 20 046
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Universitet həyatına qədəm qoymadan dünyasını dəyişdi.

Gəncədə burnundan estetik əməliyyat olunan gənc qızın  ölüm səbəbi məlum olub.

Kəpəz TV (Region TV) xəbər verir ki, avqustun 22-də Yeni Gəncə Özəl Tibb Mərkəzində Mayıl Əliyev və Mehdi Talışinskinin icra etdiyi əməliyyat zamanı şəhər sakini 17 yaşlı Aygül Orucova dünyasını dəyişib. Burnundan estetik əməliyyat edilən Orucova narkozdan ayılmayıb.

Həkimlər tərəfindən göstərilən tibbi yardımlara baxmayaraq gənc qızın həyatını xilas etmək mümkün olmayıb. Aygül Orucova bu il Bakı Dövlət Universitetinə qəbul olunubmuş.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hüquq-mühafizə orqanları tərəfindən araşdırma davam etdirilir.

Videonu izləmək üçün şəklə klikləyin:

Burun əməliyyatında ölən qız bu il ali məktəbə giribmiş

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.