Hadisə

İçində 5 nəfər olan "011" "Zil"lə toqquşdu: ölən və yaralananlar var

30 İyul 2016 15:26
1 Şərh     Baxış: 2 316
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın verdiyi məlumata görə, hadisə rayonun Qızıltorpaq kəndi ərazisidnə qeydə alınıb. Rayon sakini Yaşar Məmmədovun idarə etdiyi "Zil" markal yük avtomobillə Nazim Mürsəlovun idarə etdiyi "VAZ 21011" markalı avtomobil toqquşub.

Qəza zamanı minik avtomobilinin sürücüsü hadisə yerində ölüb, avtomobildə olan 4 nəfər sərnişin isə müxtəlif bədən xəsarətləri alaraq Gədəbəy Rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.