Hadisə

Sel növbəti dəfə Kiş kəndini işıqsız qoydu - Müvəqqəti körpü yenə uçdu - VİDEO - FOTO

30 İyul 2016 13:07
2 Şərh     Baxış: 1 312
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün təbiət növbəti dəfə Şəkinin Kiş kənd sakinlərini sınağa çəkib.
Günün ikinci yarısında dağlıq ərazilərə, şəhərin yuxarı hissəsinə yağan şiddətli yağışlar yenə də fəsadlara səbəb olub.

Milli.Az Region TV-yə istinadən xəbər verir ki, yağıntının miqdarının çox olması səbəbindən Kiş çayında suyun səviyyəsi bir neçə dəfə artıb. Bir müddət əvvəl Kiş kəndi ilə rayon mərkəzi arasında salınan müvəqqəti körpünün bir hissəsi uçub. Nəticədə bir müddətliyə həmin ərazidən gediş-gəliş məhdudlaşıb. Bundan başqa su çayın bəzi hissələrindən sızaraq yaxınlıqdan keçən avtomobil yoluna axıb. Hadisə nəticəsində Kiş kəndinin elektrik təminatı da dayanıb.

Fəsadları aradan qaldırmaq üçün əraziyə çoxlu sayda işçi qüvvəsi və canlı texnika cəlb olunub. Körpü düzəldilib, gediş-gəliş bərpa olunub. Hazırda rəsmilər, əlaqədar qurumların səlahiyyətliləri hadisə yerindədirlər. Dəyən ziyanın həcmi müəyyənləşdirilir.

Sakinlərin sözlərinə görə, istifadə etdikləri müvəqqəti yol belə sıradan çıxıb: "Müvəqqəti olan körpünü apardı su. İşıq xəttini zədələdi. Hal-hazırda Kiş kəndində işıq yoxdur. Gediş gəliş yoxdu. Nohur gəndi ilə gedib-gəlirdilər. Onu da yağış dağıtdı. Mümkün deyil". 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Kiş çayı yenə coşub, fəsadlar var

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.