Hadisə

eBay-da "Günəşli nefti"nin satışı dayandırıldı - SOCAR-ın tələbi ilə

29 İyul 2016 14:16
0 Şərh     Baxış: 2 782
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son iki gündə üzərində təxribat xarakterli "Günəşli yatağından xam neft" yazısı olan məhsulun şəkli yayılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, şəkildə göstərilən məhsulun üzərində Azərbaycan Respublikasının xəritəsi təhrif olunub, eyni zamanda "Azəri-Çıraq-Günəşli" yataqlarının ehtiyatları barədə yalnış məlumat verilib, yataqdakı resurslar hazırda 9 mrd barel həcmində qiymətləndirildiyi halda 6.4 mlrd. barrel göstərilib.

SOCAR-ın apardığı araşdırmalardan məlum olub ki, həmin şəklin Azərbaycanda fəaliyyət göstərən neft şirkətləri ilə heç bir əlaqəsi yoxdur və Böyük Britaniyada yaşayan özəl bir satıcı bu şəkili özünün Ebay satış məkanında yerləşdirib. Şəkildəki məhsulun satıcısı ilə əlaqə yaradılaraq üzərində yalnış məlumatlar olan məhsulun Ebay səhifəsindən çıxarılması tələb edilib.

Məhsulun üzərində yol verilmiş təhriflərə görə üzr istəyən satıçı SOCAR-ın tələbini dərhal yerinə yetirib. Hazırda "Günəşli yatağından xam neft" məhsulunu Ebay-da əldə etmək mümkün deyil.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.