Hadisə

Mikroavtobus zəncirvari qəzaya səbəb oldu: 3 yaralı - VİDEO - FOTO

27 İyul 2016 17:58
0 Şərh     Baxış: 1 847
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün saat 10:40 radələrində Şəkinin Sabit Rəhman küçəsində yol qəzası baş verib.

Milli.Az Region TV-yə istinadən xəbər verir ki, hadisə zamanı "Mercedes" markalı mikroavtobus əvvəlcə "VAZ 21099" markalı avtomobillə, sonra həmin avtomobil isə "Niva" markalı avtomobillə toqquşub.

Nəticədə hər 3 avtomobilə ciddi ziyan dəyib. Mikroavtobustakı sərnişinlərdən 2, "Niva"da isə 1 nəfər xəsarət alıb.

Yaralılar dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Onlardan birinin vəziyyəti ağır olduğundan əməliyyat olunub, reanimasiya şöbəsinə yerləşdirilib. İlkin ehtimala görə, qəzaya səbəb mikroavtobusun əyləc sisteminin sıradan çıxması və nəticədə işıqforun qırmızı işığında hərəkətini dayandıra bilməməsi olub.

Faktla bağlı araşdırmalar aparılır. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Zəncirvari qəzada 3 nəfər yaralandı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.