Hadisə

Erməni silahlıları sərhəd kəndi yandırdı: minalar partladıldı - FOTO

26 İyul 2016 09:42
2 Şərh     Baxış: 2 370
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan silahlı qüvvələri Tovuzun sərhəd kəndində yanğın törədiblər.

Milli.Az report-a istinadən bildirir ki, alov kəndə istiqamət aldıqca bir neçə mina partlayışı da olub.
Tovuzun Əlibəyli kəndində səhər saatlarından etibarən göy üzünü tüstü bürüyüb. Kəndlilərin sözlərinə görə, erməni silahlıları, əsasən, küləkli havada quru otlaq sahələrinə od vuraraq alovun Əlibəyli, Ağdam, Hacallı kəndlərinə doğru yayılmasına, yaşayış məntəqlərinə ziyan vurmasına çalışırlar. Ərazidə quru ot, kol-kos üstünlük təşkil etdiyindən külək alovu tez bir zamanda kəndə istiqamətləndirə bilir. Bu zaman yanğından qorunmaq üçün yırtıcı heyvanlar, daha çox da sürünənlər Azərbaycanın sərhədyanı kəndlərinə tərəf istiqamət alırlar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.