Hadisə

Bakıda yanğın olub

25 İyul 2016 22:44
4 Şərh     Baxış: 1 736
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsi, bina 5 ünvanında vətəndaşa məxsus mənzildə yanğın olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə hissələri və xilasedicilər cəlb olunub.

Hadisə zamanı evdə bir azyaşlı uşaq olub. Yanğınsöndürənlərin köməyi ilə xilas edilən azyaşlı valideynlərinə təhvil verilib. Onun xəsarət almadığı bildirilir.
 
Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğın tam şəkildə lokallaşdırılıb, onun digər mənzillərə keçməsinin qarşısı alınıb. Yanğının hansı səbəbdən baş verməsi müəyyənləşdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.