Hadisə

Ağır yol qəzasında ölən və yaralanan var - VİDEO - FOTO

25 İyul 2016 22:21
1 Şərh     Baxış: 1 882
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qaxda baş verən yol nəqliyyat qəzasında bir nəfər ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Qax rayonu Oncallı kənd sakini, 1967-ci il təvəllüdlü Xanlar Fikrət oğlu Məmmədovun idarə etdiyi "VAZ 21063" markalı 10 OR 592 dövlət nömrə nişanlı minik avtomobili ilə Qax rayonu Zəyəm kənd sakini İlkin Oruc oğlu Gülməmmədovun idarə etdiyi "Opel Vectra" markalı 34 BC 987 dövlət nömrə nişanlı minik avtomobili Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 99-cu kilometrliyində, Qax rayonu ərazisindən keçən hissəsində qarşı-qarşıya toqquşub.

Qəzadan sonra "VAZ 21063" markalı maşının sürücüsü Xanlar Məmmədov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Digər avtomobilin sürücüsü İlkin Gülməmmədov isə aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

​Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Ağır yol qəzasında ölən və yaralanan var

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.