Hadisə

Azərbaycanda yol qəzasında 5 nəfər xəsarət alıb

25 İyul 2016 21:07
0 Şərh     Baxış: 814
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Biləsuvarda 5 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə iyulun 25-də axşam saatlarında Ələt-Astara magistralının rayonunun Xırmandalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" markalı minik avtomobili qarşı tərəfdən gələn digər minik avtomobili ilə  toqquşub.  Güclü zərbədən hər iki maşına ciddi ziyan dəyib, həmçinin onların sərnişinləri, Bakı şəhər sakinləri, 55 yaşlı Raisa Həsənağa qızı Ağayeva, 20 yaşlı Arzu Məmməd qızı Ətayə, 53 yaşlı Natəvan Əziz qızı Bayramova, Masallı rayon sakinləri, 26 yaşlı Nigar Məmməd qızı Məmmədova və 7 yaşlı Nəzrin Anar qızı Məmmədova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
 
Dərhal həkim nəzarətinə götürülmüş zərərçəkmişlərə hazırda müvafiq tibbi yardım göstərilir. Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırmalara başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.