Hadisə

Dostlarını xilas edən zaman boğuldular - 3 yeniyetmənin faciəsi - VİDEO - FOTO

25 İyul 2016 15:44
7 Şərh     Baxış: 4 984
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şamaxı rayonunda 3 yeniyetmə göldə boğularaq ölüb. 

Milli.Az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Şirvangöldə baş verib. Ölən şəxslərin Şamaxının Şəhriyar qəsəbə sakinləri, 1999-cu il təvəllüdlü Bəkirov Məhəbbət Məhəmməd oğlu, Axundov Qadir Rasim oğluSəfərov Rövşən Siyavuş oğlu olduğu məlum olub.

Cəsədlər Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupunun əməkdaşları tərəfindən saat 19:30 radələrində sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisənin ilkin təfərrüatları da məlum olub. Şahidlərin sözlərinə görə, balıq tutarkən yeniyetmələrdən  birinin ayağı sürüşərək suya yıxılıb. Yoldaşları onu xilas etməyə cəhd edib və üzməyi bacarmadıqları üçün suda boğularaq ölüblər.

Faktla bağlı Şamaxı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.  

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanda 3 yeniyetmə boğulub

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.