Hadisə

Avtomobil piyadanı vurub

24 İyul 2016 18:16
1 Şərh     Baxış: 1 354
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Şirvanda avtomobil piyadanı vurub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Neftçala rayon sakini, 1958-ci il təvəllüdlü Ağayev Ruhulla Böyükağa oğlu idarə etdiyi "Mersedess" markalı "10 KU 357" dövlət nömrə nişanlı avtomobillə yolu keçən Şirvan sakini, 1963-cü il təvəllüdlü Babayev Qulam Yasəf oğlunu vurub.

Sərxoş olan 54 yaşlı piyada ağır xəsarətlər alıb. Q. Babayev müxtəlif dərəcəli sınıq xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirlib.
 
Faktla bağlı Şirvan  polis şöbəsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.