Hadisə

Vəkil Muxtar Mustafayev hamını İstanbula uçmağa çağırdı

30 İyun 2016 12:10
1 Şərh     Baxış: 2 354
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İstanbulda baş verən terror aktını pisləyir və qınayıram".

Milli.Az bildirir ki, bunu virtualaz.org-a vəkil Muxtar Mustafayev deyib.

Vəkil Muxtar Mustafayev və dövlət ittihamçısı Abbas Abbaslı Avropa Şurasının tədbirində iştirak etmək üçün Kişinyova getməli olublar. Kişinyova uçuş biletlərini isə Türk Hava Yolları aviaşirkətindən alıblar. Uçuş İstanbul vasitəsilə həyata keçirilməli imiş.

İstanbulda baş verən terror aktından sonra isə THY aviaşirkəti Azərbaycan nümayəndələrinə biletlərini əvəzləməyi və Kişinyova Sankt-Peterburq vasitəsilə uçmağı təklif edib. Ancaq M.Mustafayev və A.Abbaslı bundan imtina edərək Kişinyova İstanbul vasitəsilə uçmağı qərara alıblar.

"Düşməni ondan qorxduğuna görə sevindirmək olmaz. "Atatürk" hava limanında heç bir həyəcan yoxdur, bütün reyslər qrafik üzrə yola salınır və qəbul edilir. Bizimlə birgə İstanbula çoxlu turist də uçurdu", - deyə M.Mustafaev qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.