Hadisə

Erməni deputat: ''Bizim kəşfiyyatın aprel hücumundan xəbəri vardı, Rusiya isə susdu''

29 İyun 2016 13:33
0 Şərh     Baxış: 1 800
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Erməni cəmiyyətində Azərbaycanın aprel müharibəsini Rusiya ilə razılaşdırmasını istisna etmirlər. bunun üçün kifayət qədər faktlar mövcuddur": 

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu sözlər Rusiya və Ermənistan arasında birləşmiş hava hücumundan müdafiə qoşunlarının yaradılması haqqında sazişin parlamentdə müzakirəsi zamanı deputat Nikol Paşinyanın dilindən səsləndirilib.

Onun sözlərinə görə, əgər Azərbaycan Rusiyasız hücum etməyə risk etsəydi, onda Rusiya Azərbaycanın silah təchizatını dayandırardı. Lakin Rusiya aprel döşüşlərinin baş verdiyi günlərdə də Azərbaycan silah tədarükünə davam edib. Bundan başqa, Moskva Ermənistanla kredit sazişində nəzərdə tutulan silahları hələ verməyib.

"Lakin indi siz Rusiyanın hava qüvvələrini göyə qaldıracağınızı bildirirsiniz. Əgər siz bu səviyyədə mühakimə yürüdürsünüzsə, belə olan halda təhlükəzisilik sisteminin səriştəliliyi barədə məsələni ortaya qoymaq lazımdır. Sizin hətta yerdə Rusiya təyyarələrini qoymağa yeriniz yoxdur. Danışırsız ki, sazişdə belə göstərilib. Sazişdə silah tədaürükü ilə bağlı çox şey yazılıb. Bəs silah hanı?" - deyə erməni deputat çıxışında bildirib.

Paşinyan xatırladıb ki, aprel döyüşlərindən öncə Ermənistan kəşfiyyatı tam bir ay Azərbaycanın hücuma hazırlaşdığı barədə xəbərdarlıq edib.

"Lakin kəşfiyyatın bir də Rusiya tərəfi var. Bu məlumatlar müttəfiq Rusiyaya da verilməli idi. Bizim kəşfiyyat hücum hazırlığı barədə məlumatı verib, Rusiya tərəfi isə heç nə olmayacağını söyləyib və susub", - deyə Paşinyan bildirib.

Paşinyanın iddiasına görə, Rusiya tərəfi yalnız özünə lazım olan anda məlumatları ötürür. "Biz saxta təhlükəsizlik sistemi qururuq",- deyə Paşinyan əlavə edib.

Paşinyan Ermənistanın lap əvvəldən qırıcı təyyarələr almalı olduğunu bildirib.

"Burada hər kəsə elə Rusiya silahları barədə danışın. Əgər qırıcılarımız yoxdursa, başqa söz söyləmənin nə mənası var", - deputat sözlərini yekunlaşdırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.