Hadisə

Hava limanındakı teraktda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları... - YENİLƏNİB

29 İyun 2016 13:58
12 Şərh     Baxış: 6 700
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

13:58

İyunun 28-də axşam İstanbulun Atatürk aeroportunda baş vermiş terror aksiyasında ölən və yaralananların şəxsiyyətlərinin müəyyənləşdirilməsi prosesində Azərbaycan Respublikası vətəndaşının adına rast gəlinməyib.
 
Bu barədə APA-nın Türkiyə müxbirinə Türkiyə XİN-dən məlumat verilib.
 
XİN-dən bildirilib ki, bu istiqamətdə işlər davam etdirilir, ölü və ya yaralı siyahısında Azərbaycan vətəndaşları ilə bağlı yenilik olsa, səfirliyə məlumat veriləcək.

--------

11:47

İstanbulun Atatürk hava limanında törədilmiş terror aktı nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur. Bunu İstanbul şəhər valiliyindən Azərbaycanın Baş konsulluğuna deyiblər.

Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Baş konsulluq valiliyin müvafiq strukturları ilə təmasları davam etdirir.

---------

10:51

"İlkin məlumatlara görə, İstanbul Atatürk hava limanında törədilmiş terror aktında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur".

Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.