Hadisə

Bakıda "Daewoo" yolda qazılan kanala düşüb, sürücü xəsarət alıb - FOTO

29 İyun 2016 08:27
2 Şərh     Baxış: 1 117
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Suraxanı rayonunda yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Hövsan yolunda qeydə alınıb. Hövsan istiqamətində "Daewoo" markalı avtomobili ilə hərəkətdə olan 28 yaşlı Elvin Məmmədov yolda qazılan kanala düşüb. Elvin Məmmədov qəzaya uğrayan avtomobildən özü çıxa bilib. Hadisə nəticəsində sürücü xəsarətlər alıb. Hadisə şahidlərinin sözlərinə görə, təmir aparılan yolda kanalın qazılması barədə xəbərdaredici nişan olmayıb.

Hadisə yerinə cəlb edilən ağır texnika vasitəsi ilə avtomobil kanaldan çıxarılıb.
 
Faktla əlaqədar araşdırmalara başlanılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.