Hadisə

Bakıda sərnişin dolu avtobus ağaca çırpıldı, xəsarət alanlar var

27 İyun 2016 16:41
11 Şərh     Baxış: 3 495
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün səhər saatlarında Bakının Xətai rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.

Admiral.az-ın məlumatına görə, hadisə "Əhmədli" metrostansiyası yaxınlığında, yanacaqdoldurma məntəqəsinin yanında qeydə alınıb.

Yüksək sürətlə hərəkət edən 44 saylı "DAEWOO" markalı sərnişin avtobusu idarəetmədən çıxıb. Nəticədə sürücü avtomobili ağaca vurub.

Qəza nəticəsində avtobusun içərisində olan sərnişinlər xəsarət alıblar. Yaralılardan iki nəfər qadının xəsarətləri ağır olduğu üçün onlar xəstəxanaya yerləşdiriliblər. Xəsarət alanlardan 60 yaşlı Raziyə Kərimovanın baş nahiyəsi çapılıb. Digər xəstə, 32 yaşlı Aida Babayevanın isə bel və omba nahiyəsində sınıq qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.