Hadisə

Bakıda yeni mənzil ölüm gətirdi - Qadın anasının evində can verdi

26 İyun 2016 17:04
7 Şərh     Baxış: 4 098
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Lent.az-ın məlumatına görə, Qaradağ rayonu Lökbatan qəsəbəsində 30 yaşlı Gültəkin Səfərova binanın 4-cü mərtəbəsindən yıxılaraq ölüb.

İlkin araşdırma zamanı məlum olub ki, hadisənin baş verdiyi ev G.Səfərovanın anasına məxsus olub. Onlar evi yeni alıbmış və G.Səfərova anasını görmək üçün gəlib.

O, anasıgildə qonaq olarkən yuduğu paltarları eyvanda sərməyə çıxıb və burada ehtiyatsızlıqdan yıxılıb. Ağır xəsarətlər alan qadın hadisə yerindəcə vəfat edib. 30 yaşlı qadının 2 azyaşlı övladı qalıb. Faktla bağlı araşdırma aparılır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.