Hadisə

Maşın işıqlandırma sisteminə çırpıldı: bir yaralı

26 İyun 2016 11:37
0 Şərh     Baxış: 1 005
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün səhər saatlarında Hacıqabulun Muğan kəndində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az-ın report-a istinadən məlumatına görə, Qəbələ rayon sakini Şahmar Bilal oğlu Mahmudov idarə etdiyi "VAZ-2106" markalı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yolun kənarındakı işıqlandırma sistemlərinə vurub.

Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb və ona ilk tibbi yardım göstərildikdən sonra o, Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.