Hadisə

Yolu keçmək istəyən kişini maşın vurub öldürdü

26 İyun 2016 10:40
7 Şərh     Baxış: 1 414
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabirabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Rayonun Polis İdarəsindən anspress-ə verilən məlumata hadisə Qaragüney kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1962-ci il təvəllüdlü Məhərrəm Süleymanov yolu keçmək istəyərkən sürücüsünün şəxsiyyəti hələlik istintaqla müəyyən edilməyən "VAZ 2106" markalı avtomobil tərəfindən vurulub.

Ağır bədən xəsarətləri alan 54 yaşlı kişi Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Hazırda rayonun polis şöbəsinin əməkdaşları hadisə yerində araşdırma aparır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.