Hadisə

Azərbaycan həkiminin dəhşətli səhvi dünya mediasında - FOTO

25 İyun 2016 13:58
22 Şərh     Baxış: 3 869
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda həkimin şəkərli diabet xəstəsi, 82 yaşlı Tərlan Əliyevanın sağlam olan sol ayağı əvəzinə sağ ayağını kəsməsi beynəlxalq medianın da diqqətini çəkib.

Milli.Az axar.az-a istinadən bildirir ki, Türkiyənin NTV, "Haberler.com" və Rusiyanın "Ria Novosti", "Lenta.ru" kimi nüfuzlu media orqanları məsələyə geniş yer verərək, sensasiyalı hadisəni oxucularına çatdırıblar.
 
Oxucular isə şərhlərində hadisəni törədən həkimi lənətləyiblər.
 
Qeyd edək ki, şəkərli diabet xəstəsi Tərlan Əliyevaya sol ayağının kəsilməli olduğu barədə diaqnoz qoyulub və qadın ötən gün Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyyə Mərkəzində 60 yaşlı cərrah həkim Valeh Kərimov tərəfindən əməliyyat edilib. Lakin əməliyyatdan çıxan 82 yaşlı qadını görən yaxınları gözlərinə inanmayıblar. Belə ki, yaşlı qadının iltihablı olan sol ayağı əvəzinə sağlam olan sağ ayağı kəsilib. Valeh Kərimov sensasiyalı hadisəyə cavab verib və səhvən sağlam ayağı kəsdiyini etiraf edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.