Hadisə

Quba sakini elektrik cərəyanı vurması nəticəsində ölüb

30 May 2016 23:06
1 Şərh     Baxış: 1 094
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qubada bədbəxt hadisə baş verib. Milli.Az report.az-a istinadən bildirir ki, hadisə bu gecə, saat 22:44 radələrində rayonun Timiryazev kəndində qeydə alınıb.

Kənd sakini, 1977-ci il təvəllüdlü İdrisov Kərəm Əkrəm oğlunu elektrik cərəyanı vurub. 
İlkin ehtimala görə o, elektrik dirəyindən evinə elektrik enerjisi çəkmək istəyib. Lakin ehtiyatsızlığının qurbanı olub.

Hadisə yerinə Quba Rayon Polis Şöbəsinin əməkdaşları gəlib, araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.