Hadisə

Polisin 3 yaşlı oğlunu maşın vurdu

30 May 2016 22:21
8 Şərh     Baxış: 2 259
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün axşam saatlarında Salyan rayonunun Şorsulu kəndində 3 yaşlı kənd sakini Zabilli Nurlan Ərəstun oğlunu maşın vurub.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, uşaq həmkəndlisi Mahur Hüseynovun idarə etdiyi VAZ-21011 markalı, dövlət nömrə nişanı 27-XX-440 olan avtomaşınla vurulub.

Salyan Mərkəzi Rayon Xəstəxanasından aldığımız məlumata görə, baş nahiyəsindən xəsarət almış uşağın vəziyyəti ağırdır.

Onu da qeyd edək ki, 3 yaşlı Nurlan Zabillinin atası Salyan Rayon Polis Şöbəsinin Post-Patrul Xidmətinin əməkdaşıdır.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi qaldırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.