Hadisə

Azərbaycanda yüksək vəzifəli məmurun atası qəzada öldü - FOTO

30 May 2016 19:48
2 Şərh     Baxış: 4 099
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən Xızıda Sumqayıt Dövlət Texniki Kollecinin müəllim və tələbə heyətinin düşdüyü qəza ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Milli.Az bildirir ki, "qafqazinfo"nun əldə etdiyi məlumata görə, qəza nəticəsində vəfat edən Sərxan Abdullayev Mərkəzi Bank Sədrinin müavini Xəqani Abdullayevin atasıdır.

Sərxan Abdullayev sözügedən kollecdə "Avtomobilin istismarı" ixtisası üzrə dərs deyirmiş. Kollecin kollektivi hər il olduğu kimi, bu ilin yaz mövsümündə də gəzinti məqsədilə rayona səfər edib. Dəhşətli qəza da məhz gəzintidən qayıdan zaman baş verib.

Tələbə və müəllimləri daşıyan "Hyundai" markalı mikroavtobus Qızıl-Qazma qəsəbəsində dərəyə aşıb. 1950-ci il təvəllüdlü Sərxan Abdullayev xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb və yaralı orada keçinib.

Xatırladaq ki, hadisə nəticəsində 3 nəfər ölüb, 24 nəfər yaralanıb.

Qeyd edək ki, Xəqani Abdullayev 2015-ci ilin aprel ayından Mərkəzi Bank sədrinin müavini vəzifəsinə təyin edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.