Hadisə

Erməni deputat əcdadını da Qarabağa çağırır: "Təkcə Samvel yox, Vardan da..."

30 May 2016 14:30
4 Şərh     Baxış: 2 312
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Samvel Babayan Qarabağ müharibəsinin veteranı kimi geri qayıdıb və ordunun sıralarına qatılmaq istəyir.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu haqda Ermənistan parlamentinin keçmiş deputatı Azat Arşakyan qondarma "DQR"in keçmiş "müdafiə naziri" Samvel Babayanın Rusiyadan Ermənistana qayıtmasını və Qarabağda fəaliyyətə başlamağa hazırlaşmasını şərh edərkən deyib.

"Təkcə Samvel yox, Vardan Mamikonyan da qayıtsa, pis olmazdı", - keçmiş deputat deyib. Vardan Mamikonyan IV əsrin əvvəllərində Sasanilər imperiasına qarşı döyüşmüş erməni sərkərdəsidir.

"Lakin Samvel sehrbaz deyil, o möcüzə yarada bilməz. İndi o, ancaq veterandır. Qoy hamı Ermənistana qayıtsın, 10 milyon erməni qayıtsın", - Azat Arşakyan əlavə edib.

Ermənistan parlamentinin hakim Respublika Partiyasından olan indiki deputatı Mkrtıç Minasyan isə deyib ki, Samvel Babayanın öz təcrübəsi ilə vətənə xeyir vermək istəməsində pis heç nə yoxdur. Deputat öz həmkarı, "Yerkrapa" könüllüləri ittifaqının rəhbəri Manvel Qriqoryanın "Samvel Babayan kimdir? Mən 55 gün Qarabağda oldum, elə adam haqda eşitmədim" sözlərinə də münasibət bildirib. "Kimsə deyirsə ki, Samvel Babayanı tanımır, mən belələrini ümumiyyətlə başa düşmürəm. Biz öz qəhrəmanlarımızı qiymətləndirməliyik. Bu gün Samvel vətənə xeyir vermək istəyirsə burada pis heç nə yoxdur. Lakin o da birmənalıdır ki, zaman yeni hərbi texnologiyalar və sair baxımdan dəyişib", -deputat Minasyan bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.