Hadisə

"Eltilərim saçımdan tutdular, qaynım kürəyimdən bellə vurdu" - YENİLƏNİB - VİDEO - FOTO

30 May 2016 14:55
15 Şərh     Baxış: 3 945
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:55

Yol üstündə mübahisə düşdü. Nəticədə qayın qardaşının həyat yoldaşını döyərək xəstəxanalıq etdi. Hadisə Gədəbəydə baş verib.

Kəpəz TV (Region TV) xəbər verir ki, Gədəbəy rayonu, Qurudərə kənd sakini, 56 yaşlı Cəvahir Musayeva qaynı Çümşüd Musayev tərəfindən döyülüb. Bədəninin müxtəlif nahiyələrindən xəsarət alan qadın Şəmkir Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olan xəstə tibb müəssisəsinin cərrahiyyə şöbəsinə yerləşdirilib.

Xəyalə Səfərli - həkim: "1960-cı il təvəllüdlü, Gədəbəy rayon sakini Cəvahir Musayeva kəllə-beyin travması və beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. İlkin müayinədən sonra vəziyyəti orta-ağır olan yaralı şöbəyə yerləşdirilib. Müalicəsi stasionar şəraitdə davam edir".

Cəvahir Musayevanın sözlərinə görə, qaynı ilə aralarında yaranan narazılıq uzun müddətdir davam edir. Buna səbəb isə tərəflərin ortaq yolu bölə bilməməsidir. Sonuncu mübahisədə Cümşüd Musayev qadına şiddət tətbiq edib.

Cəvahir Musayeva - zərərçəkən: "Məni bellə vuran qaynım olub. Bizim yolumuz qayınlarımın qapısından keçir. Dərəyə zibil tökməyə gedirdim. Qapıdan keçəndə eltilərim məni saçımdan tutdular. Qaynım isə bellə kürəyimin arxasından vurdu. Qızım aralamaq istəyəndə onu da vurdular".

Gədəbəy Rayon Polis Şöbəsindən verilən məlumata görə, hər iki tərəfin izahatı alınıb və tibbi ekspertiza təyin olunub. Ekspertizanın rəyinə əsasən hadisəyə hüquqi qiymət veriləcək.

Videonu izləmək üçün şəklə klikləyin:

Gədəbəydə qayını qadını döyərək xəstəxanalıq etdi

----------

11:16

Gədəbəy rayon sakini, 56 yaşlı Cəvahir Musayeva qapalı kəllə-beyin travması və beyin silkələnməsi diaqnozu ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına gətirilib. İlkin müayinədən sonra vəziyyəti ağır olan yaralı cərrahiyyə şöbəsinə yerləşdirilib. 

Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, xəstənin yaxınlarının həkimlərə verdiyi məlumata görə, Cəvahir Musayeva ilə qonşuluqda yaşayan qayını arasında mübahisə yaranıb.

Qohumunun evinə aparan yolu bağlamaq istəyən Cümşüd Musayev qadına şiddət tətbiq edib. Polis şikayəti araşdırır və fakt təsdiqini taparsa, Musayev saxlanılacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.