Hadisə

İki minik avtomobili toqquşub, xəsarət alan var

29 May 2016 21:56
0 Şərh     Baxış: 847
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı-Qazax magistral yolunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə yolun Göygöl rayonu Balçılı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

VAZ 21015 və VAZ 21011  markalı avtomobillərin toqquşması nəticəsində VAZ 21015 də olan sərnişin, Tovuz rayon Bozalqanlı kənd sakini, 1957-ci il təvəlllüdlü Solmaz Hüseynova müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Onun vəziyyətinin normal olduğu bildirilir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.