Hadisə

Azərbaycanda müəllimləri daşıyan avtobus aşdı: 3 ölü, onlarla yaralı - YENİLƏNİB - VİDEO - FOTO

30 May 2016 12:41
42 Şərh     Baxış: 28 919
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

30.05.2016

12:41

Ötən gün axşam saatlarında Xızı rayonunda baş vermiş avtoqəza ilə bağlı Xızı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.3 (iki və daha artıq şəxsin ölümünə səbəb olmaqla yol-nəqliyyat hadisəsi) maddəsi ilə cinayət işi başlanıb.

Bu barədə Trend-ə Xızı Rayon Prokurorluğundan məlumat verilib.

Məlumatda bildirilir ki, cinayət işinin istintaqı Xızı Rayon Polis Şöbəsinin istintaq qrupuna həvalə olunub.

Hələlik faktla bağlı saxlanılan yoxdur. Hadisənin baş verməsində təqsirli olduğu ehtimal edilən avtonəqliyyat vasitəsinin sürücüsünün vəziyyəti ağır olaraq qalır.

----------

10:23

"Xızıda avtobusun aşması nəticəsində yaralanaraq Sumqayıt şəhər Travmatologiya Xəstəxanasına yerləşdirilən xəstələrdən birinin vəziyyəti daha ağırdır".

Bunu Trend-ə Sumqayıt Şəhər Travmatologiya Xəstəxanasının baş həkiminin müavini Elçin Quliyev deyib.

Onun sözlərinə görə, hazırda reanimasiyada müalicə olunan həmin şəxs 1953-cü il təvəllüdlü Talbov Vaqif İlyas oğludur.

Baş həkimin müavini qeyd edib ki, dünən xəstəxanaya 8 nəfər müraciət edib. Onlardan 7-si xəstəxanaya qəbul edilib. Həmin şəxslərin 1-i evə buraxılıb, 1-i dünyasını dəyişib: "Hazırda xəstəxanada 5 xəstə müalicəsini davam etdirir. Xəstələrin diaqnozları müştərək travmalar- beyin travması, ətrafların, döş qəfəsinin ciddi zədələnmələridir".

E.Quliyevin sözlərinə görə, xəstələr ən yaxşı halda, yaxın 2-3 gündən sonra evə buraxıla bilərlər.

Xatırladaq ki, dünən Sumqayıt şəhər Travmatologiya Xəstəxanasına daxil olan xəstələr 1971-ci il təvəllüdlü İsmayılov Mehman Oruc oğlu reanimasiya şöbəsinə, 1962-ci il təvəllüdlü Fəttayeva Zərxanım Həşim qızı travmatologiya şöbəsinə, 1969-cu il təvəllüdlü Qasımov Sumiddin Həmzə oğlu travmatologiya şöbəsinə, iki naməlum kişi reanimasiya şöbəsinə, 1982-ci il təvəllüdlü Şirinov Zaur Hurquz oğlu reanimasiya şöbəsinə, 1974-cü il təvəllüdlü Süleymanova Şəfəq Sərdar qızı travmatologiya şöbəsinə, 1991-ci il təvəllüdlü Bəşirova Günel Rayət qızı reanimasiya şöbəsinə yerləşdiriliblər.

Baş həkimin müavini bildirib ki, naməlum kişi kimi qeydiyyata götürülənlərin hər ikisinin şəxsiyyəti müəyyənləşdirilib. Onlardan biri hazırda reanimasiya şöbəsində müalicə olunan Talbov Vaqif İlyas oğlu, digəri isə dünən dünyasını dəyişən Sərxan Abdullayev olub.

Xatırladaq ki, dünən Xızda baş verən avtoqəza nəticəsində 21 nəfər yaralanmış, 2 nəfər isə hadisə yerində dünyasını dəyişmişdi. Hadisə nəticəsində dünyasını dəyişənlərin sayı artıq 3 nəfərə çatıb.

----------

10:06

Sumqayıt Dövlət Universitetinin prorektoru Nizami Namazov yaralılara baş çəkmək üçün Siyəzən rayonuna gəlib.

Prorektor report-a bildirib ki, müəllimlər kollektiv şəkildə istirahətə gediblər: "Qəza onlar istirahətdən qayıdarkən baş verib. Xəbəri eşidən kimi Xızıya, oradan da Siyəzən rayonuna gəlmişəm. Buradan da Sumqayıt şəhərindəki yaralılara baş çəkəcəyəm".

-----------

00:35

Xızıda avtobusun aşması nəticəsində yaralanaraq Sumqayıt şəhər Travmatologiya Xəstəxanasına yerləşdirilən xəstələrdən biri dünyasını dəyişib, iki nəfər isə artıq evə buraxılıb.

Milli.Az bildirir ki, xəstəxanadan Trend-ə verilən məlumata görə, dünyasını dəyişən şəxs kişidir.

Bildirilib ki, ümumilikdə xəstəxanaya 8 nəfər daxil olub. Onların ikisinə yardım göstərildikdən sonra evə buraxılıb. Xəstəxanada yerləşdirilənlər 1971-ci il təvəllüdlü İsmayılov Mehman Oruc oğlu reanimasiya şöbəsinə, 1962-ci il təvəllüdlü Fəttayeva Zərxanım Həşim qızı travmatologiya şöbəsinə, 1969-cu il təvəllüdlü Qasımov Sumiddin Həmzə oğlu travmatologiya şöbəsinə, iki naməlum kişi reanimasiya şöbəsinə, 1982-ci il təvəllüdlü Şirinov Zaur Hurquz oğlu reanimasiya şöbəsinə, 1974-cü il təvəllüdlü Süleymanova Şəfəq Sərdar qızı travmatologiya şöbəsinə, 1991-ci il təvəllüdlü Bəşirova Günel Rayət qızı reanimasiya şöbəsinə yerləşdirilib.

----------

00:02

Xızıda avtobusun aşması nəticəsində yaralananlar arasında 12-13 yaşlı qız uşağı da var. Həmin uşaq istirahətə gələnlərdən birinin uşağı olub.

Milli.Az bildirir ki, bu barədə Trend-ə Xızı rayon Təcili Tibbi Yardım Stansiyasından məlumat verilib.

Verilən məlumata əsasən, yaralılardan 15 nəfəri Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə, qalanları isə Sumqayıt şəhər Travmatologiya Xəstəxanasına yerləşdirilib. Yaralıların hamısının vəziyyəti ağırdır.

Eyni kollektivin işçiləri olan yaralananlar Xızıdakı "Qızılqazma" istirahət mərkəzindən geri qayıdarkən avtobus dərəyə aşıb.

Sumqayıt şəhər Travmatologiya Xəstəxanasından Trend-ə verilən məlumata görə, daha ağır vəziyyətdə olan bir xəstə reanimasiya şöbəsinə, qalanları isə müxtəlif şöbələrə yerləşdirilib.

----------------

29.05.2016

23:29

Xızıda baş vermiş ağır yol qəzasında yaralananlardan daha biri dünyasını dəyişib.

Milli.Az bildirir ki, bu barədə APA-ya Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından bildirilib.

Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən şəxs orada dünyasını dəyişib. Onun şəxsiyyəti müəyyənləşdirilir.

---------

23:09

Bu gün axşam saatlarında Xızı rayonunda baş verən qəzada xəsarət alan 15 nəfərin şəxsiyyəti məlum olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, onlar 2005-ci il təvəllüdlü Nigar Kazımlı, 1965-ci il təvəllüdlü İndira Mollayeva, Ziba Rəhimova, Lalə Rəhmanova,1950-ci il Qafar Abdullayev, 1951-ci il təvəllüdlü Çaylar Mikayılov, Rasim Rzayev, Leyla Fərhadova, İsmayıl Feyzullayev, 1966-cı il təvəllüdlü Əsəd Qurbanov,1954-cü il təvəllüdlü Nizami Abdullayev, İradə Əliyeva, Fərqanə Fərzəliyeva, Hədiyyə Əliyev və Vüsalə Ağabəylidir.

Ölən iki nəfər isə Sumqayıt Dövlət Texniki Kollecinin müəllimi 1984-cü il təvəllüdlü Hacıyev Kamil İslam oğlu və kollecin yeməkxanasında çalışan Dilarə adlı xanımdır. Zərərçəkənlərin əksəriyyəti Sumqayıt Dövlət Texniki əməkdaşlarıdır.

---------

21:10

Xızının Xələfli kəndində baş verən yol qəzası nəticəsində xəsarət alanların sayı 21-ə çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, xəsarət alanların xəstəxanalara aparılması üçün Xızı, Siyəzən və Sumqayıtdan təcili-tibbi yardım briqadalar cəlb olunub.

Hadisənin başvermə səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırmalar davam etdirilir.

---------

20:52

Bu gün axşam saatlarında Xızı rayonu, Xələflər kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, içərisində tələbələr olan "Hyundai" markalı avtobus yoldan çıxaraq dərəyə aşıb.

İlkin məlumata əsasən, qəza nəticəsində 2 nəfər ölüb, 18 nəfər xəsarət alıb. Yaralılar Xızı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisənin başvermə səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırmalar aparılır.

Milli.Az

----------

23:20

Video: Trend, Region TV

Videoları izləmək üçün şəkillərə klikləyin:

Страшная авария в Хызы

Xızıda avtobus qəzası: 3 ölü, 21 yaralı

Xızıdakı dəhşətli qəzanın görüntüləri yayıldı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.