Hadisə

19 yaşlı qızın intiharının tükürpədən səbəbi

29 May 2016 17:42
23 Şərh     Baxış: 7 636
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən Hacıqabul rayonunda 19 yaşlı nişanlı qızın - Kifayət Ağayevanın intihar etməsinin səbəbləri açıqlanıb.

Hacıqabul Rayon Prokurorluğundan aznews.az-a bildirilib ki, intihara səbəb ailə-məişət zəminində baş vermiş hadisə olub: "Qız evi istəyib ki, toy tez olsun. Amma oğlan hərbi xidmətə getmədiyindən və maddi imkanları aşağı olduğundan deyiblər ki, vəziyyət düzəlsin, toyu onda edərik. Qızın anası da deyib ki, get zəng elə, oğlana de ki, ya evlənsin, ya da nişanı qaytarırıq". Prokurorluqdan onu da bildiriblər ki, hazırda istintaq gedir: "Araşdırmada müəyyən olunsa ki, qızı intihara sürükləyən şəxslər var, onlar həbs olunacaq".

Xatırladaq ki, mayın 28-də Hacıqabul rayonunda intihar hadisəsi qeydə alınıb. 1997-ci il təvəllüdlü Ağayeva Kifayət Vadar qızı yaşadıqları evin həyətindəki yardımçı tikilidə asılmış vəziyyətdə tapılıb.

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.