Hadisə

Sürət həddini aşdı, qəzaya səbəb oldu - VİDEO - FOTO

25 May 2016 19:08
0 Şərh     Baxış: 3 593
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün saat 13:30 radələrində Şəki şəhərinin M.F.Axundzadə prospekti ərazisində Xan Sarayının qarşısında yol-nəqliyyat hadisəsi baş verib. 

Milli.Az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, hadisəyə səbəb "Az 55-BO 229" dövlət nömrə nişanlı, Daşdəmirov Həmzə Əliəşrəf oğluna məxsus "VAZ-21-07" markalı avtomobilin sürücüsünün düzgün sürət rejimi seçməməsi nəticəsində üfüqi nişanlanma xəttini keçərək, qarşıdan gələn "Az 55-BA041" dövlət nömrə nişanlı, Nəbiyev Taleh Nəriman oğluna məxsus  "VAZ -21-011" markalı avtomobillə toqquşması olub. 

Şəki Şəhər Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin əməkdaşları dərhal hadisə yerinə gələrək, müvafiq baxış keçiriblər. Xoşbəxtlikdən sürücülər xəsarət almayıb. Hadisə nəticəsində avtomobillərə yüngül ziyan dəyib. Ölən, yaralanan və ya bədən xəsarəti alan olmayıb. Şəki Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Sürət həddini aşdı, qəzaya səbəb oldu

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.