Hadisə

Dolu Tovuzu viran qoydu - FOTO

24 May 2016 20:13
0 Şərh     Baxış: 1 821
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün Qərb bölgəsində müşahidə olunan dolu və güclü leysan Tovuz rayonunda ciddi fəsadlar törədib.

Milli.Az xəbər verir ki, bu barədə report-a Tovuz rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Mahir Həsənov məlumat verib.

O bildirib ki, təbii fəlakət nəticəsində rayon ərazisində 500 hektardan çox kartof sahəsi və meyvə bağları məhv olub:

"Təbii fəlakət, əsasən, rayonun Kirən, Qalaboynu, Əhmədabad, Yanıxlı, Köhnə Qala, Əlibəyli və Alakol kəndlərini əhatə edib. 40 dəqiqəyə yaxın davam edən dolu kənd təsərrüfatına, yaşayış evlərinin dam örtüklərinə, elektrik təsərrüfatına xeyli ziyan vurub. FHK-nın ilkin hesablamalarına görə, adıçəkilən kəndlərdə 500 hektardan çox kartof sahəsi və meyvə bağları məhv olub, Kirən kəndində isə yüzdən artıq ev quşu tələf olub. Güclü külək bəzi kəndlərin elektrik xətlərinə də ziyan vurub. Hazırda adiyyəti qurumlar təbii fəlakət baş verən yaşayış məntəqələrində enerji verilişinin bərpasına çalışırlar. Bu gün günorta saatlarında yenidən hava şəraitinin kəskin dəyişməsi işlərin ləngiməsinə səbəb olub".

M.Həsənovun sözlərinə görə, günün sonuna qədər yaşayış məntəqələri elektrik enerjisi ilə tam təmin olunacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.