Hadisə

Ağaclar aşdı, kəndlərlə əlaqə kəsildi - VİDEO - FOTO

24 May 2016 16:54
1 Şərh     Baxış: 1 293
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qərb bölgəsində müşahidə edilən güclü külək və dolu qarışıq leysan yağışları bir sıra fəsadlar yaradıb. Ən çox təsirə məruz qalan ərazilərdən biri Şəmkir rayonudur. Güclü külək bir neçə yerdə ağacları kökündən çıxarıb. Bakı-Qazax magistralının Düyərli kəndi ərazisindən keçən hissəsində irigövdəli ağac aşaraq yolu bağlayıb. Kəndlərarası yollarda ağacların aşması ilə hərəkət məhdudlaşıb. 

Milli.Az Region TV-yə istinadən xəbər verir ki, güclü külək rayon mərkəzində, kəndlərdə elektrik və yol təsərrüfatlarına ciddi ziyan vurub. Yüksək gərginlikli elektrik xətlərinin sıradan çıxamsı nəticəsində Zəyəm və Düyərli kəndlərində 10 min nəfərə yaxın insan işıqsız qalıb. Güclü külək bir neçə evin dam örtüyünü yararsız hala salıb. Yağan dolu əkin sahələrini yararsız hala salıb. 

Rayon Fövqəladə Hallar Komisiyasından bildirilib ki, fəsadların aradan qaldırılması ilə bağlı işlər davam etdirilir. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Ağaclar aşdı, kəndlərlə əlaqə kəsildi, 10 min insan işıqsız qaldı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.