Hadisə

Gəncədə fabrik yanıb - YENİLƏNİB - VİDEO - FOTO

23 May 2016 19:33
2 Şərh     Baxış: 5 749
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

19:33 

Videonu izləmək üçün şəklə klikləyin:
SON DƏQİQƏ: Gəncədə fabrik yanır

----------

16:23

Kəpəz TV (Region TV) xəbər verir ki, "Gəncə Qənnadı" ASC-də yanğın baş verib. Yanğın istifadə edilməyən anbarın 3-cü mərtəbəsində, tullantı plastik kütlələrin yığıldığı 50 kvadratmetr ərazidə qeydə alınıb. Hadisə yerinə Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 5 yanğınsöndürən maşını və 40 canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində alovun qarşısı alınıb. Xəsarət alan yoxdur. Qeyd edək ki, 2 il bundan öncə də "Gəncə Qənnadı" ASC-nin inzibati binasında, mətbəxdən başlayan yanğın dörd inzibati otaq da daxil olmaqla (müdir, müdir müavini, baş mühəndis və komendantın otaqları) 178 kv.m sahəni əhatə etmişdi.

Rahib Nadirov - Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəis müavini: "Müəssisə rəhbərliyi yanğına elektrik naqillərində yaranan qısaqapanmanın səbəb olduğunu güman edir. Amma Dövlət Yanğın Nəzarəti Xidməti orqanlarının əməkdaşları tərəfindən araşdırılıb, məlumat veriləcək".

----------

15:32

Kəpəz TV (Region TV) xəbər verir ki, ilkin ehtimala görə, yanğın anbarın 3-cü mərtəbəsində yerləşən otaqlardan birində aparılan qaynaq işləri nəticəsində yaranıb.

Xatırladaq ki, iki gün bundan öncə də Gəncə Qənnadı ASC-nin inzibati binasında, mətbəxdən başlayan yanğın dörd inzibati otaq da daxil olmaqla (müdir, müdir müavini, baş mühəndis və komendantın otaqları) 178 kv.m sahəni əhatə etmişdi.

---------

15:20

Gəncədə qənnadi fabrikində yanğın başlayıb.

Kəpəz TV (Region TV) xəbər verir ki, Gəncə Qənnadi ASC-də yanğın baş verib. Hadisə yerinə 5 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğın söndürülməyə çalışılır. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.