Hadisə

Azərbaycanlı uşaq Rusiya xəstəxanasında müəmmalı şəkildə öldü

6 May 2016 21:07
14 Şərh     Baxış: 6 028
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tatarıstanın Alabuqa Mərkəzi Rayon Xəstəxanasında azərbaycanlı uşaq dünyasını dəyişib.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, hadisə mayın 3-nə keçən gecə Tatarıstanın Alabuqa şəhərində baş verib. Hər şey qonşuların gözü qarşısında baş verib. 8 yaşlı oğlan ehtiyatsızlıqdan oyun meydançasında yıxılaraq zədə alıb. Anası uşağı dərhal xəstəxanaya çatdırıb.

Burada həkim-travmatoloq ona "sol çiyin sümüyünün yerdəyişməsi ilə sınığı" diaqnozu qoyub. Sonra həkim-anestezioloq xəstəyə daxili anesteziya edərək, sümüyü yerinə oturdub və uşaq reanimasiya şöbəsinə yerləşdirilib. Burada isə oğlanın halı pisləşib və gecəyarısından sonra o keçinib.

"Tatar-inform" xəbər portalının məlumatına görə, uşağa anesteziyanın tətbiq edilməsində çətinliklər yaşanıb. Bu da xəstənin halına mənfi təsir edib.

Faktla bağlı Alabuqa İstintaq İdarəsində cinayət işi açılıb. Faktla bağlı daha ətraflı məlumatın əldə edilməsi üçün tədbirlər görülür. Şahidlər dindirilir, məhkəmə tibbi-ekspertizası və kimya-toksikoloji ekspertizası təyin olunub. İstintaq davam edir.

8 yaşlı mərhum dəfn edilmək üçün Azərbaycana göndərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.