Hadisə

Azərbaycanın Rus İcmasının sədr müavini: "Döyüşə hazırıq"

5 May 2016 17:19
0 Şərh     Baxış: 1 427
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

APA-nın erməni dilində xəbər xidmətinə başlaması çox yaxşı təşəbbüsdür və bu, digərlərinə də nümunə olmalıdır.

Milli.Az bildirir ki, bunu APA-ya açıqlamasında Azərbaycanın Rus İcması sədrinin birinci müavini Yuri Zenin deyib.
 
O, aprel ayının əvvəlində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verənlərə münasibət bildirərək, icmanın Dağlıq Qarabağla bağlı fikrinin birmənalı olduğunu vurğulayıb: "Biz prinsipial mövqeyimizi bildirmişik. Hər zaman Azərbaycanın yanındayıq. Ölkə vətəndaşlarının bir hissəsini də biz təşkil edirik. Ruslar hər zaman azərbaycanlı qardaşlarının yanında olublar. Ötən əsrin 90-cı illərində Azərbaycan naminə öz canlarını qurban verən ruslar olub, bəziləri medalla təltif edilib. Biz, yəni, həm gənclər, həm də orta yaş insanlar torpaqlarımızı qaytarmaq üçün yenidən döyüşə hazırıq".
 
O, APA İnformasiya Agentliyinin erməni dilində xəbər xidmətinə başlamasının təqdirəlayiq hal olduğunu qeyd edib: "Çünki Azərbaycanın mövqeyi, başqa millətlərin burada necə mehriban yaşamasını düşmənlərimizin dilində təqdim etmək çox vacibdir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.