Hadisə

Tovuzda azyaşlı yanaraq dünyasını dəyişdi - YENİLƏNİB - VİDEO - FOTO

4 May 2016 22:37
54 Şərh     Baxış: 10 902
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

22:37

Tovuzda 3 yaşli qız isti xörəyi üzərinə dağıdıb və yanıq xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən azyaşlıya tibbi yardım göstərilib və vəziyyəti normallaşıb. Bu gün səhər isə qəfildən uşağın halı pisləşib və dünyasını dəyişib. Valideynlər azyaşlının həkim səhlənkərlığı ucbatindan öldüyünü iddia edirlər. Həkimlər isə səsləndirilən fikirlərlə razilaşmirlar.

Hadisə Tovuzun Hunanlar kəndində baş verib. Aprel ayının 30-da 3 yaşlı Aysu Bağırzadə masaya qoyulan isti xörəyi üzərinə aşırıb.

Qol və qarın nahiyyələrindən yanıq xəsarətləri alan Aysu Tovuz Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Ona bədənin 15 faizinin yanığı diaqnozu qoyulub. Göstərilən tibbi yardımlardan sonra uşağın səhhəti normallaşıb.

Lakin bu gün səhər saatlarında qəfildən Aysu Bağırzadənin halı pisləşib və dünyasını dəyişib. Valideynləri və yaxınları onun həkim səhlənkarlığı ucbatından öldüyünü deyirlər. Onların sözlərinə görə, ötən gün axşam vurulan iynədən sonra uşağın halı dəyişib.

Xəstəxanadan isə bildirdilər ki, uşağın vəziyyətinin ağır olması barədə valideynlərə xəbərdarlıq edilib.

Aysu Bağırzadənin meyiti müayinə edilməsi üçün Məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya birliyinin Tovuz şöbəsinə göndərilib. Faktla bağlı araşdırma aparılır.

Milli.Az "Xəzər Xəbər"ə istinadən mövzu ilə bağlı videomaterialı təqdim edir.

---------

19:23

Polis yanıq xəsarətləri alaraq dünyasını dəyişən 3 yaşlı uşağın ölümünün səbəblərini araşdırır. 

Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Tovuzda azyaşlı yanaraq dünyasını dəyişib. Hadisə rayonun Hunanlar kəndində baş verib. 3 yaşlı uşağın masa üstünə qoyulan isti xörəyi üzərinə aşırması nəticəsində qol, qarın nahiyələrindən yanıq xəsarətləri alıb. Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılan qızcığaza bədəninin 15 faizinin termiki yanığı diaqnozu qoyulub.

3 bacının sonbeşiyi olan uşağın vəziyyəti pisləşdiyindən səhər saatlarında xəstəxanada dünyasını dəyişib. Valideynləri övladının həkim səhlənkarlığının qurbanı olduğunu iddi edir. Xəstəxananın travmatoloqu Kamaləddin Abbasov isə deyilənlərlə razılaşmır.
Dünyasını dəyişən azyaşlının meyiti Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Tovuz Rayon Şöbəsinə gətirilib. Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırmalara başlanıb. 

----------

16:12

Tovuzda azyaşlı yanaraq dünyasını dəyişib.

Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə rayonun Hunanlar kəndində baş verib. 3 yaşlı Aysu Bağırzadə masa üzərinə qoyulan isti xörəyi üzərinə aşırıb. Nəticədə qol, qarın nahiyələrindən yanıq xəsarətləri alan qızcığaz Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Dərhal zərərçəkənə tibbi yardıb göstərilib. Lakin bədənin 15 faizinin termiki yanığı diaqnozu qoyulan azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırmalara başlanıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Tovuzda azyaşlı yanaraq dünyasını dəyişdi

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.