Hadisə

Bakıda avtomobil piyadanı vuraraq öldürüb - VİDEO - FOTO

3 May 2016 08:04
0 Şərh     Baxış: 1 219
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Şəhər şosesində qeydə alınıb. İsa Hümbətov idarə etdiyi VAZ-2107 markalı avtomobillə Zabrat qəsəbəsi istiqamətində hərəkətdə olarkən qəfildən yola piyada çıxıb. Yolun qaranlıq, havanın isə yağışlı olması səbəbindən piyadanı gec görən sürücü maşınla onu vurub.

İsa Hümbətov daha sonra yaralı piyadanı avtomobilinə qoyaraq xəstəxanaya gətirib. Müayinə zamanı həkimlər şəxsiyyəti məlum olmayan orta yaşlı kişi piyadanın öldüyünü müəyyən ediblər.
 
Əraziyə polis əməkdaşları gəlib. Müayinələr aparılıb, ölçülər götürülüb. Xəstəxananın həyətində olan avtomobilə də baxış keçirilib. Daha sonra avtomobil cərimə meydançasına aparılıb. Sürücü İsa Hümbətov polis tərəfindən saxlanılıb, onun ifadəsi alınıb.
 
Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar davam edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.