Hadisə

40 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

2 May 2016 23:15
0 Şərh     Baxış: 1 103
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qaxda 40 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Milli.Az bildirir ki, Qax Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, mayın 2-si saat 15 radələrində rayonun Xələftala kənd sakini, 1976-cı il təvəllüdlü Alyoşa Cordan oğlu Papiyaşvili ağır vəziyyətdə xəstəxanaya daxil olub.
 
Həkim müayinəsi zamanı A.Papiyaşvilinin öldüyü məlum olub. Araşdırma zamanı məlum olub ki, A. Papiyaşvili yaşadığı ərazidə qanunsuz olaraq transformatora müdaxilə edib və bu zaman onu elektrik cərəyanı vurub.
 
Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.