Hadisə

Azərbaycanda məktəb yandı - YENİLƏNİB - VİDEO - FOTO

2 May 2016 19:46
0 Şərh     Baxış: 6 785
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

19:46

TTV (Region TV) xəbər verir ki, Tovuzun Alakol kəndində orta məktəb binası yanıb. Hadisə nəticəsində sinif otaqları, idman zalı, kitabxana və digər tədris otaqları yanaraq yararsız hala düşüb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsinin Tovuz rayon Şöbəsinin 4 yanğınsöndürən avtomobili və 3 yanğınsöndürən tağımı cəlb edilib. Alovun qarşısı alınsa da təhsil ocağına və digər yardımçı tikililərə ciddi ziyan dəyib. Hadisə baş verən kimi məktəbdə olan müəllim və şagirdlər təxliyə ediliblər. Xəsarət alan olmayıb. Yanğının elektrik naqillərində yaranan qısaqapanmadan qaynaqlandığı bildirilir.

Videonu izləmək üçün şəklə klikləyin:
Tovuzda məktəb yandı

----------

18:19

Tovuzda məktəb binasında baş verən yanğın məhdudlaşdırılıb.
Kəpəz TV (Region TV) xəbər verir ki, hazırda Fövqəladə Hallar Nazirliyinin aidiyyəti struktur bölmələri yanğının vurduğu ziyanı müəyyənləşdirir. Məktəb binası birmərtəbəli olmaqla 16 sinif otağından ibarətdir. 200 yerlik təhsil ocağında 301 şagird təhsil aldığından məktəb binası iki növbəli fəaliyyət göstərir. Hadisə vaxtı məktəbdə 100-ə yaxın şagird olub və onlar yanğınsöndürmə briqadası tərəfindən təxliyə olunublar.

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanda məktəb yanır

----------

17:18

Bu gün saat 16:30-dan başlayaraq Tovuz rayonunun Alakol kəndində şəhid Nürəddin Sadıqov adına tam orta məktəbin binasında yanğın başlayıb.  Kəpəz TV (Region TV) xəbər verir ki, alovu söndürmək üçün əraziyə 3 yanğınsöndürmə briqadası cəlb olunub. Hələlik yanğını ram etmək mümkün olmayıb. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası bu istiqamətdə iş aparır. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.