Hadisə

Bakı-Qazax yolunda ağır qəza: dörd nəfər yaralandı

30 Aprel 2016 16:06
1 Şərh     Baxış: 2 918
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kürdəmirdə 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun 197-ci kilometrliyində, Kürdəmir rayonunun Şilyan kəndi ərazisində qeydə alınıb. Hakim Həsən oğlu Məsimovun idarə etdiyi "Nissan" markalı minik maşını yolun kənarında dayanan Kürdəmir rayonunun Qaraqocalı kənd sakini Aqil Cabir oğlu İsayevə məxsus "KamAZ"a çırpılıb.

Nəticədə hər iki maşının sürücüsü və minik maşınında olan sərnişinlər, Şəmkir rayon sakinləri Tural Zöhrab oğlu Abbasov və hələlik soyadı məlum olmayan Sadiq adlı şəxs Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.