Hadisə

"Ermənistan hərbçiləri ikinci Xocalı soyqırımını törətməkdə maraqlı görünürlər" - FOTO

30 Aprel 2016 10:15
3 Şərh     Baxış: 5 662
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Erməni hərbçilərinin son günlər cəbhə ərazisində yerləşən mülki şəxslərə qarşı vandal hərəkətləri onu göstərir ki, Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazisində olması regional təhlükəsizliyə təhdiddir.

Milli.Az bildirir ki, bunu Trend-ə cəbhə bölgəsində dağılmış evlərə və yaralanan şəxslərə baş çəkən Azərbaycan-Ukrayna Beynəlxalq Alyansın sədri Elmar Məmmədov deyib.

E.Məmmədov deyib ki, cəbhə xəttində gördüyü mənzərə Ermənistan hərbçilərinin birbaşa Azərbaycanın mülki şəxslərini hədəfə götürdüyünü sübut edir: "Ermənistan müharibə qanunlarından belə kənar cinayətlərə yol verir. Düşünürəm ki, Ermənistan hərbçiləri ikinci Xocalı soyqırımını törətməkdə maraqlı görünürlər. Hesab edirəm ki, beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk qrupu həmsədrləri Ermənistan hərbçilərinin əməllərinə reaksiya verməli və bu təcavüzü pisləməlidir".

Alyans sədrinin sözlərinə görə, cəbhə xəttində baş vermiş hadisələr bir daha sübut etdi ki, Azərbaycan problemi başqa vasitələrlə də həll edə bilər: "Azərbaycan həmişə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bəyan edib və bu gün də buna sadiqdir. Lakin, Ermənistan hərbçilərinin vəhşiliyi bu cür davam edərsə, Azərbaycan hərbçiləri adekvat addım atmağa məcbur olacaqlar".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.