Hadisə

Ermənilərin güllələdiyi sakinlər - FOTO

29 Aprel 2016 16:05
2 Şərh     Baxış: 1 281
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aprelin 29-da Xarici İşlər Nazirliyinin (XİN) təşkilatçılığı ilə yerli və xarici KİV-lərin təmsilçiləri ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələrinin yaşayış məntəqələrinə endirdiyi artilleriya atəşləri nəticəsində mülki əhaliyə dəyən ziyanın nəticələri ilə yerində tanış olmaq üçün cəbhəboyu zonaya səfər ediblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin müşayiət etdiyi media təmsilçiləri əvvəlcə Bərdə rayonuna gəliblər. Yerli və xarici jurnalistlər ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaralanan mülki vətəndaşların müalicə olunduğu Bərdə Diaqnostika Mərkəzində xəsarət alanların səhhəti ilə maraqlanıblar. Yaralıların vəziyyətinin sabit olduğu, müalicələrinin davam etdirildiyi, həyati təhlükələrinin olmadığı bildirilib.

Jurnalistlər Ermənistan silahlı qüvvələrinin Ağdam və Ağcabədi rayonlarının kəndlərini atəşə tutması nəticəsində ziyan dəymiş evlərə də baxış keçirəcəklər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.