Hadisə

Ermənilərin Ağdamda yaraladıqları sakin: "Buna son qoyulsun!"

29 Aprel 2016 12:22
2 Şərh     Baxış: 2 364
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ermənilər Azərbaycan kəndlərini mütəmadi atəşə tutur".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında aprelin 27-dən 28-ə keçən gecə Ağdam rayonunun Qaradağlı kəndində ağır yaralanan kənd sakini Elgiz Qarayev deyib. O bildirib ki, düşmən Azərbaycanın təmas xəttində yerləşən kəndlərini hədəfə alıb: "Kəndimiz ermənilər tərəfindən qəfil atəşə tutmağa başladı, Erməni tərəfi Azərbaycan tərəfindəki mülki şəxsləri qrad, top, minaatan və raketlərdən atəşə tutub. Mülki əhalini və evləri mütəmadi atəşə tuturlar. Erməni tərəfi atəşkəsə heç vaxt riayət etmir. Biz mülki şəxslər ermənilərin hədəfinə çevrilmişik. Buna son qoyulmalıdır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.