Hadisə

Yemək bişirmək istəyən qadın xəstəxanalıq oldu - YENİLƏNİB

14 Fevral 2016 14:26
0 Şərh     Baxış: 2 981
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:26

Gəncədə 62 yaşlı qadın bədbəxt hadisə nəticəsində xəstəxanalıq olub. 

Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından anspress-ə verilən məlumata görə, hadisə şəhərin Tekstilni 32 ünvanındakı yataqxanalardan birində qeydə alınıb. Həmin ünvanda yaşayan şəhər sakini, 1954-cü il təvəllüdlü Gülnar Şabanova üz və bədəninin müxtəlif nahiyələrinin 3-cü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanayna gətirilib.

Dərhal ilkin tibbi yardım göstərilən qadın reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.

Hadisənin başvermə səbəbləri barədə Gəncə Şəhəri Nizami rayon Polis İdarəsindən bildirdilər ki, 62 yaşlı Gülnar Şabanova yemək bişirmək üçün qaz balonunu açmaq istəyərkən balonun partlaması nəticəsində xəstəxanalıq olub.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Bir müddət əvvəl Bərdə rayonunda da qaz balonu partlayıb. Partlayış nəticəsində qaz balonunun olduğu mənzildə yanğın baş verib. Hadisə zamanı bir azyaşlı və qadın olmaqla iki nəfər dünyasını dəyişib.

-----------

12:55

Gəncədə qadın yanıb.

APA-nın məlumatına görə, Gəncə şəhər sakini, 1954-cü il təvəllüdlü Gülnar Şabanova üz və bədənin müxtəlif nahiyələrinin 3-cü dərəcəli yanıq xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb.

Reanimasiya şöbəsinə yerləşdirilən qadının vəziyyəti ağır qiymətləndirilir.

Onun hansı şəraitdə yanıq xəsarətləri aldığı hələlik məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.