Hadisə

Balakəndə ev, Lənkəranda “VAZ“ yandı

14 Fevral 2016 09:50
0 Şərh     Baxış: 910
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gecə iki yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğınlardan biri Balakən rayonu, Gülüzanbinə kəndində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evdə baş verib. Nəticədə, evin yanar konstruksiyaları və dam örtüyü  yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Lənkəran rayonu, Boladi kəndində sahibi məlum olmayan "VAZ" markalı minik avtomobili yanıb. Ətrafdakı ağaclar yanğından mühafizə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.