Hadisə

​Dövlət Gömrük Komitəsinin əməkdaşı qəzaya düşdü

13 Fevral 2016 12:21
1 Şərh     Baxış: 1 142
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda xarici ölkə vətəndaşının sürdüyü avtomobillə dövlət qurumu əməkdaşının idarə etdiyi maşın toqquşub.

Milli.Az Report-a istinadən bildirir ki, hadisə Səbail rayonu, Salyan yolu 14-ün qarşısında baş verib.

Belə ki, İran vətəndaşı Ruhi Tahir oğlunun idarə etdiyi "Volvo" markalı yük avtomobili ilə Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Nəcməddin Allahverdiyevin idarə etdiyi Dövlət Gömrük Komitəsinə (DGK) məxsus "Wolksvagen" markalı 90 AC 506 nömrəli avtomobil toqquşub. Qəza nəticəsində DGK-ya məxsus avtomobilə ciddi ziyan dəyib. Ağır xəsarət alan olmayıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin (RPİ) 8-ci Polis Bölməsində (PB) araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.