Hadisə

Evli kişinin hamamda yad qadınla meyidi tapıldı - YENİLƏNİB - FOTO

12 Fevral 2016 13:35
44 Şərh     Baxış: 13 029
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

13:35

Qusarda iki nəfərin dəm qazından boğularaq ölməsinin bəzi təfərrüatları bəlli olub. Anspress-in məlumatına görə, bədbəxt hadisə Qusarın Hil kəndində qeydə alınıb. Bu gün səhər 09 radələrində Hil kəndində yeni tikilmiş, amma hələlik yaşayış olmayan evin hamamında evin sahibi, 25 yaşlı Rəşad Mustafayevin və 32 yaşlı Zoya Məhsimova Dünyaməddin qızının meyitləri tapılıb. 

Rəşad hələlik hadisə baş verən evə köçmədiyindən 2 uşağı və həyat yoldaşı ilə atasının evində yaşayırdı. Oğlanın Bakıda olan valideynləri oğullarının gecə evə gəlmədiyindən xəbər tutub qonşulardan rayonda tikilən yeni evə baxmalarını xahiş ediblər. Mustafayevlərin təzə evinə gələn qonşu evin hamamında Rəşadın və tanımadığı gənc qadının meyitlərini görərək dərhal polisə xəbər verib. Mərhumların meyitləri hamamın şüşəsi sındırılaraq çıxarılıb. 

Zoya Məhsimovanın həyat yoldaşından boşandığı və bir uşaq anası olduğu bildirilir. 

ANS-in çəkiliş qrupunun hadisə yerində olarkən mərhumun qohumları çəkilişə icazə verməsələr də bildirdilər ki, onlar dəm qazından boğulublar.

Rəşad Mustafayevin dayısı Şahin Məmmədrzayevin sözlərinə görə, onlar hadisə haqda səhər saatlarında eşidiblər: "Qazdan olub. Təmiz qaz olsaydı, elə ola bilməzdi".

Məlumata görə, Rəşad Mustafayevin atası hamamdakı su qızdırıcısının hava çıxan borusuna kağız qoyub ki, içəriyə heç nə girməsin. Onların elə bu səbəbdən hamamda dəm qazından boğulduqları ehtimal edilir. Hadisə yerində olan Qusar qaz istismarı sahəsinin rəisi Azər Abbasov bütün bunların araşdırma başa çatandan sonra aydın olacağını deyib. 

Meyitlər Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertizası və patoloji anatomiya birliyinin Qusar şöbəsinə aparılıb. Qusar prokurorluğu 2 nəfərin ölüm faktının araşdırılmasına başlayıb. 

----------

11:25

Qusar rayonunda dəm qazından boğulma faktı qeydə alınıb.

Milli.Az APA-ya istinadən bidirir ki, hadisə rayonun Hil kəndində qeydə alınıb.  Kənd sakini, 1991-ci il təvəllüdlü Mustafayev Rəşad Bəxtiyar oğlu və hələlik şəxsiyyəti müəyyənləşdirilməyən gənc qadının meyidi hamamda tapılıb. Hadisə yerinə Qusar rayon hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Faktla bağlı bağı araşdırmalar davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.