Hadisə

Bakıda avtomobil metal çəpərə çırpıldı: 2 ölü - YENİLƏNİB

12 Fevral 2016 12:26
0 Şərh     Baxış: 1 190
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:26

Bakı-Şamaxı yolunda ağır yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Bakı-Şamaxı yolunun 4-cü kilometrliyində, Hökməli qəsəbəsi ərazisində qeydə alınıb. Balahacı Nağıyev idarə etdiyi "VAZ-21074" markalı avtomobili yol ayrıcına çırpıb. Nəticədə sürücü və maşında olan sərnişin - 36 yaşlı Elman Mikayılov dünyasını dəyişib.
 
Faktla bağlı araşdırma aparılır.

---------

11:06

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Bakı-Xocasən yolunun 4-cü kilometrliyində baş verib. 1985-ci il təvəllüdlü Nağıyev Balahacı Rafiq oğlunun sürdüyü "VAZ 2107" idarəetmədən çıxaraq metal çəpərə çırpılıb. Nəticədə sürücü ağır bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.