Hadisə

Qəbiristanlıqda intihar

11 Fevral 2016 19:02
2 Şərh     Baxış: 2 233
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda intihar hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hüquq-mühafizə orqanlarından anspress-ə verilən məlumata görə, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 6, küçə 5, ev 26 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 1985-ci il təvəllüdlü Elvin İzzətəli oğlu Həmidov qəsəbə qəbiristanlığına gələrək özünü ərazidən keçən işıq dirəyindən asıb.

Asılmış meyit ərazidən keçən kənd sakinləri tərəfindən aşkar edilib.

31 yaşlı kişinin hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.