Hadisə

Bakıda 21 yaşlı qadını maşın vurub

11 Fevral 2016 08:29
0 Şərh     Baxış: 1 262
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsindəki dairədə "Tofaş" markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. 
 
Müxtəlif xəsarətlər alan piyada, 21 yaşlı Ağgül Abdullayeva təcili tibbi yardım avtomobili ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Həkimlər piyadada kəllə-beyin travması və çoxsaylı sınıqların olduğunu müəyyən ediblər. 
 
Hadisə yerində yol polis əməkdaşları olublar, müayinələr aparılıb, ölçülər götürülüb.

Hadisəni törədən avtomobil cərimə meydançasına yerləşdirilib, sürücünün ifadəsi alınıb. Faktla əlaqədar avtotexniki ekspertiza təyin edilib. Araşdırmalar davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.