Hadisə

"İntihar etməzdən üç gün əvvəl gətirib təhsil haqqını ödəmişdi" - Dekan

9 Fevral 2016 16:40
17 Şərh     Baxış: 8 185
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkə.az dünən Yasamal rayonunda intihar etmiş 23 yaşlı Nigar Vahabovanın təhsil aldığı Kooperasiya Universitetində olub. Universitetin əməkdaşı Mehman Qədirli Vahabovanı tərbiyəli tələbə kimi tanıdığını söyləyib:

"O, maliyyə fakültəsinin qiyabi şöbəsinin dördüncü kursunda oxuyurdu. Nigarı birinci kursdan tanıyıram. Hətta Nigarın burada qeydiyyatdan keçdiyi də yadımdadır. Görünüşü, davranışı, intellekti ilə seçilirdi. Axıra qədər də elə oldu. Bu gün bütün universitet şokdadır. Nə vaxt baxırdınsa, əlində kitab olurdu. Bütün müəllim heyəti onu çox istəyirdi. Təhsil haqqında heç vaxt gecikməsi olmurdu. İnsanların psixologiyası pozulub. Bəlkə ailədə, bəlkə... Nə olubsa Allahı bilir, özü bilir".

M.Qədirli əməkdaşımızla söhbətində Vahabovanın mətbuatda çalışdığını da diqqətə çatdırıb:

"O, bir müddət "İki sahil" qəzetində də işləmişdi. Bir dəfə özü bu haqda demişdi".

N.Vahabovanın təhsil aldığı fakültənin dekanı Xanoğlan Hüseynov isə deyib ki, o, üç gün öncə təhsil haqqını ödəyibmiş:

"İmtahanı fevralın 22-də olacaqdı, üç gün əvvəl gətirib təhsil haqqını ödəmişdi. Səliqə-səhmanlı, abırlı-həyalı qız idi. Mən sentyabrdan bu fakültəyə dekan təyin olunmuşam. O, dördüncü kursda oxuyurdu. Gətirib üç gün əvvəl təhsil haqqını da ödəmişdi".

Xatırladaq ki, N.Vahabova İTV-nin əməkdaşı Aytac Vahabovanın bacısıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.